Hərbi attaşe: 2021-ci ildən Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

Hərbi attaşe: 2021-ci ildən Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

Azərbaycan və Pakistan Silahlı Qüvvələrinin gələn ildən etibarən birgə hərbi təlimlərinə start veriləcək. Bu barədə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun Moskvada Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Nadim Raza ilə göüşündə müzakirə aparılıb. Artıq hərbi təlimlərin xarakteri haqqında bəzi razılaşmalar əldə olunub.

Azeri Defence saytının məlumatına görə, bu barədə CBC-yə müsahibəsində Azərbaycanın Pakistandakı hərbi attaşesi, polkovnik Mehman Novruzov deyib.

“Birgə təlimlər 2021-ci ildən etibarən növbəli şəkildə Azərbaycan və Pakistanda keçiriləcək. Bu təlimlər xüsusilə Azərbaycan Ordusunun qarşısında duran vəzifələr, tələblər, döyüş tapşırıqları nəzərə alınaraq tərtib olunmuş xüsusi ssenarilər üzrə həyata keçiriləcək. Bundan əlavə, hərbi təlimlər genişləndirilərək digər qoşun növü – hər iki ölkənin Hərbi Hava Qüvvələri arasında da keçirilməsi, yəni qardaş Türkiyə ilə birgə keçirilən “TurAz Qartalı” təlimlərinə bənzər təlimlərin keçirilməsi də nəzərdə tutulur,” – deyə Mehman Novruzov vurğulayıb.

Həbi Dəniz Qüvvələri arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri də müzakirə olunub.

“Pakistan ordusu çox güclü və xüsusilə 10 ildən artıq müddətdə terrorla mübarizədə zəngin əməliyyat təcrübəsi əldə etmiş bir ordudur. Nəzərə alsaq ki, Ermənistan son 30 ildə Azərbaycana qarşı terror siyasəti həyata keçirir, bu baxımdan Azərbaycan ordusu terrorla mübarizədə qeyri-ənənəvi döyüş təcrübəsini inkişaf etdirmək üçün Pakistan ordusunun bu sahədəki təcrübəsindən yararlanmaq məqsədilə Azərbaycan Ordusunun hərbi qulluqçuları Pakistanda təşkil olunmuş hərbi təhsil, xüsusi hərbi hazırlıq proqramlarında iştirak edir,” – deyə Mehman Novruzov bildirib.

Mehman Novruzov Azərbaycan, Türkiyə və Pakistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşəcəyini də istisna etməyib. Polkovnik xatırladıb ki, Pakistan və Türkiyə silahlı qüvvələrinin müştərək “Atatürk” hərbi təlimlərini Azərbaycan hərbçiləri, Azərbaycanda təşkil olunan “TurAz Qartalı” təlimlərini isə Pakistan hərbçiləri də izləyiblər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş