Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib – FOTOLAR

Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib – FOTOLAR

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasim Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş