Hərbi hissələrdə yeni obyektlər istifadəyə verilib – VİDEO

Hərbi hissələrdə yeni obyektlər istifadəyə verilib – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələrdə yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yeni bina ilə tanış olan nazirliyin rəhbərliyinə burada yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, üçmərtəbəli qərargah binası 70-dən artıq xidməti və inzibati otaqdan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Bina mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilib.

Sonra nazirliyin rəhbərliyi daha bir hərbi hissədə yeni inşa edilən ikimərtəbəli qərargahda və əsaslı təmirdən sonra istifadəyə verilən tibb məntəqəsində olub.

Tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş