Hərbi prokuror: “Silahlı Qüvvələrdə qeydə alınan cinayətlər 37 faiz azalıb”

Hərbi prokuror: “Silahlı Qüvvələrdə qeydə alınan cinayətlər 37 faiz azalıb”

Respublika Hərbi Prokurorluğu tərəfindən 2020-ci ilin birinci yarımilində Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə bir sıra işlər görülüb, nəticədə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37 faiz azalıb.

“AzeriDefence”nin məlumatına görə, bunu iyulun 24-də Respublika Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

X.Vəliyev bildirib ki, ötən dövrlərdə olduğu kimi, 2020-ci ilin birinci yarımilində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olub. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Qeyd edilib ki, hesabat dövründə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyi artırılıb. Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli iş aparılmaqla, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülüb.

Çıxışının sonunda Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş