Hərbi prokuror: “Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb”

Hərbi prokuror: “Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb”

2019-cu ildə Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

“AzeriDefence”nin məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda 2019-cu ilin yekunlarına dair keçirilən kollegiya iclasında hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

X.Vəliyev hesabat dövründə qeydə alınmış cinayətlərin 2018-ci illə müqayisədə ümumilikdə 2 faiz, o cümlədən az ağır cinayətlərin 10,9 faiz, xüsusilə ağır cinayətlərin 44,4 faiz azaldığını deyib.

Eyni zamanda, 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 22,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 91,7 faiz, xuliqanlıq cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 3,7 faiz, həmçinin hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 41,2 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hərbi xidmətdən yayınma cinayətləri 14,1 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 30,2 faiz, fərarilik cinayətləri isə 28,6 faiz azalıb.

Xüsusi vurğulanıb ki, hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti isə ümumiyyətlə qeydə alınmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş