Hərbi qulluqçular ailələrə ünvanlı yardım çatdırıb

Hərbi qulluqçular ailələrə ünvanlı yardım çatdırıb

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq Müdafiə nazirinin göstərişinə əsasən hərbi qulluqçular ailələrə növbəti dəfə ünvanlı yardım çatdırıb.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qablaşdırılan zəruri ərzaq məhsulları şəhidlərimizin ailələrinə, müharibə veteranlarına və əlillərə təqdim olunub.

Məlumatda o da qeyd olunub ki, bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş