
Hərbi qulluqçular növbəti dəfə ünvanlı yardım çatdırıblar
Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq Müdafiə nazirinin göstərişinə əsasən hərbi qulluqçuların ailələrə ünvanlı yardımı davam edir.
Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qablaşdırılan zəruri ərzaq məhsulları növbəti şəhid ailələri, müharibə veteranları və əlillərə təqdim olunub.
KATEQORIYA: Xəbərlər