Hərbi qulluqçulara pul əvəzinə ərzaq verilməsi davam edir

Hərbi qulluqçulara pul əvəzinə ərzaq verilməsi davam edir

Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun şəxsi heyəti və onların ailə üzvlərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, o cümlədən ərzaq təminatının gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə atılan növbəti addımlardan biri də Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara pul əvəzinə ərzaq məhsullarının verilməsidir.

Ərzaq payı səbətinə müxtəlif çeşiddə və yüksək kaloridə qida məhsulları daxildir.

Məlumatda o da qeyd olunub ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasında ərzaq məsullarının müayinəsi aparılır, ərzağın tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir.

Qeyd edək ki, Azərbaycan Ordusunun ərzaq təminatı Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq normalar üzrə həyata keçirilir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və digər kontingentə ərzaq payı dövlət hesabına verilir. Hərbi hissələrdə şəxsi heyətin keyfiyyətli qidalanması, bişirilən yeməklərin çeşidinin artırılması ilə yanaşı xüsusilə milli yeməklərin hazırlanmasına üstünlük verilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş