Hərbi təyinatlı Coğrafi Analiz Sistemi

Hərbi təyinatlı Coğrafi Analiz Sistemi

Son illərdə Türkiyə Silahlı Qüvvələri yerli istehsal olan proqram platformalarının istifadəsinə üstünlük verməkdədir. Müdafiə sənayesinin milliləşdirilməsi və xarici ölkələrdən asılılığın azadılması səyləri hərbi məhsullar, sistemlər və proqram platformaları sahəsində sürətlə davam etməkdədir.

Coğrafi Analiz Sistemi (CAS) platformasının yaradıcı PiriReis İnformasiya Texnologiyaları şirkəti 2006-cı ildə qurulub. Hazırda Orta Doğu Tekniki Üniversitetinin Teknokentində yüksək ixtisaslı peşəkar mütəxəssis heyəti ilə Müdafiə Sənayesi sahəsində hərbi tədqiqat işləri və Türkiyə Silahlı Qüvvələri üçün hərbi layihələr həyata keçirir. Coğrafi İnformasiya Sistemləri sahəsində davamlı olaraq yeni, yaradıcı və cəsarətli layihələr həyata keçirən şirkət, bütünlüklə milli olaraq reallaşdırdığı layihələri və istehsal etdiyi proqram təminatları ilə xarici ölkə bazarlarına çıxmağı özünə hədəf seçib.

Coğrafi Analiz Sistemi (CAS) platformasının Türkiyədə və dost ölkələrdə uğurla tətbiq edilən bir proqram platformasıdır. Platformanın hazırlanması işlərinə 50 nəfərlik heyətlə 2006-cı ildə başlanılıb. Platformanın ərsəyə gəlməsi üçün keçən  15 il ərzində şirkət mütəxəssisləri tərəfindən  on minlərcə sətir kod yazılıb. Hal-hazırda CAS proqram platforması Türkiyənin bütün güc strukturlarında uğurla tətbiq edilməkdədir. Gün ərzində, güc strukturlarının 5000 nəfərə yaxın şəxsi heyəti bu proqram platformasından aktiv olaraq istifadə edir. Türkiyə Silahlı Qüvvələrinin Suriya Liviya və s. hərbi əməliyyatları zamanı CAS proqram platformasından istər hərbi əməliyyat meydanında, istərsə də qərargahlarda uğurla istifadə edilib.

CAS platforması

CAS proqram platforması PC, notbuk və tabletlərdə asanlıqla qurulur. Bu platforma, alqoritmləri sayəsində məkansal məlumatları sürətlə nümayiş etdirir, emal edir və eyni zamanda onları bütün istifadəçilər arasında dərhal paylamılmasına imkan verir. CAS proqram platforması, Türkiyədə müxtəlif təşkilat və quruluşlar tərəfindən istehsal olunan bütün coğrafi məlumatları dəstəkləyir. Peyk təsvirləri, aerofotoşəkillər, rəqəmsal və rastr xəritələr, dəniz naviqasiya xəritələri və şəhər planları CAS proqram platformasının əsas məlumat mənbələridir. CAS proqram platforması, ayırdetməsi və məkansal doğruluğu yüksək olan məlumatların nümayişini təmin edir, istifadəçilərin həmin məlumatlardan istifadə edərək müxtəlif coğrafi sorğu və analizlər aparmasına və yeni məlumatlar istehsal etməsinə, həmçinin mövcud məlumatları dəyişdirməsinə imkan yaradır. CAS proqram platformasının kodlaşdırılması yerli olduğuna görə hərbi və mülki ehtiyaclara görə asanlıqla əlavə modullarla təmin edilə bilər.

CAS proqram platformasının bir çox modulları vardır. Bunlar aşağıdakılardır:

1) Meteorologiya; 2) Bölmələrin İzlənməsi; 3) Məlumat Göndərilməsi; 4) Əməliyyat Mərkəzi Məlumat Sistemi; 5) Hadisə İzləmə Sistemi; 6) Əməliyyat;7) Məlumat Mübadiləsi; 8) Yaxşılaşdırılan Məlumat; 9) Dəniz; 10) Gəmi İzləmə; 11) Vertolyot Maneə Təyini və Xəbərdalıq Sistemi (VMTS); 12) Helikopter İzləmə və Təqib Sistemi (VİTS); 13) PUA Təqib Sistemi; 14) Texnika və Personel İzləmə Sistemi (TPİS); 15) PANO və s.

Helikopter Maneə Təyinetmə Sistemi

CAS proqram platforması Server-İstifacəçi məntiqi ilə işləyir. Bütün məlumatlar Serverə yüklənir. İstifadəçi Serverı qoşularaq məlumatlardan istifadə edəbilir. CAS Platforması Türkiyə Silahlı Qüvvələrində TSK-NET şəbəkəsindən istifadə edir.

CAS Platformasına daxil edilən bütün məlumatlar CAS Virutal Kürə üzərində 2D və ya 3D olaraq göstərilir. Məlumatların ötürülməsi real zaman kəsimində baş verir. Ötürülən məlumatların yalnız icazəsi olan şəxslərin görməsi imkanı vardır. Platformanın istifadə etdiyi peyk təsvirlərinin yenilənməsi imkanları baş verən hadisələrin real zaman kəsimində müşahidə edilməsi və ərazinin monitorinqinin aparılması imkanlarını artırır. CAS proqram platformasının fəaliyyət radiusu çox geniş olub, TSQ-də Baş Qərargahdan tək əsgər səviyyəsinə qədər istifadə edilir. Helikopter Maneə Təyini və Xəbərdalıq Sistemi (VMTS) modulu TSQ-nin bütün helikopterlərə quraşdırılıb. Şirkət tərəfindən son illərdə HGM-Atlas, HGM-Küre ve HGM-Küre Mobil tətbiqləri hazırlanaraq istifadəçilərə təqdim edilib.

PiriReis İnformasiya Texnologiyaları şirkətinin hazırladığı CAS platformasını Azərbaycanda “Oder İnformasiya Sistemleri” şirkəti təqdim edir.

Sürü PUA İzləmə Sistemi

KATEQORIYA:
Bu xəbəri paylaş