Hərbi Tibb Məktəbinin feldşer ixtisasına və DSX Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanların nəticələri elan edilib

Hərbi Tibb Məktəbinin feldşer ixtisasına və DSX Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanların nəticələri elan edilib

İştirakçılar DİM-in internet saytında imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər

Dövlət İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına və Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün bu gün – avqustun 27-də keçirilən imtahanların nəticələrini elan edib.

Dövlət İmtahan Mərkəzindən Azeri Defence saytına verilən məlumata görə, imtahanda iştirak edənlər aşağıdakı linklər vasitəsilə imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər:

Feldşer ixtisasına qəbul imtahanının nəticələri;

DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Feldşer ixtisasına qəbul imtahanında iştirakı nəzərdə tutulan 66 nəfərdən 3 nəfər, DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında isə iştirakı nəzərdə tutulan 1150 nəfərdən 61 nəfər imtahana gəlməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş