Hərbi tibbdə ilk dəfə – Military Medical Webex

Hərbi tibbdə ilk dəfə – Military Medical Webex

9-10 iyun tarixlərində “Military Medical Webex” beynəlxalq virtual hərbi tibb sərgisi və konfransı keçiriləcək.

Dünyada ilk virtual sərgi sərgi və beynəlxalq konfrans olaraq dəyərləndirilən “Military Medical Webex” sərgisində bir çox ölkənin silahlı qüvvələrindən nümayəndələr iştirak edəcəklər.

Konfransda Türkiyə ilə yanaşı Pakistan, Banqladeş, Bosniya və Hersoqovina Silahlı Qüvvələrindən, Kosovadan hərbi tibb heyətlərinin qatılacağı təsdiqlənib.

Konfransda COVİD-19 pandemiyası və pandemiya sonrası hərbi tibbin vəziyyəti müzakirə olunacaq.

Onlayn sərgi bölməsində Türkiyə şirkətlərinin istehsalı olan müxtəlif məhsullar tanıdılacaq.

Sərgidə istehsalçı şirkətlər tərəfindən zirehli tibbi nəqliyyat vasitələri, hava təmizlik sistemləri, təmiz otaq texnologiyaları, səhiyyə informasiya və idarəetmə sistemləri, laboratoriya, analiz, biotexnoloji cihazlar, tibbi cihazlar və texnologiyalar və s. nümayiş etdiriləcək.

Sərgi və konfransın təşkilatçısı Türkiyənin Capital Exhibition şirkətidir. Sərgidə iştirak etmək istəyənlər sərginin rəsmi saytında qeydiyyatdan keçə bilərlər: www.militarymedical.com.tr

“Military Medical Webex” beynəlxalq sərgi və konfransının media tərəfdaşları qismində Azərbaycandan AZERİ DEFENCE jurnalı da çıxış edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş