Hərbiyönümlü QHT-lər bəyanat yayıb

Hərbiyönümlü QHT-lər bəyanat yayıb

Azərbaycan 27 sentyabr tarixinə böyük coşqu ilə, illərdir gözlədiyimiz müjdəli xəbərlərin veriləcəyi günlərin başlanğıcı tarixi olaraq başladı. Azərbaycan Ordusu düşmən qüvvələrinin səhər saatlarından başlayan təxribatına sərt reaksiyaya verərək əks-hücum həmləsiylə düşmənə sarsıdıcı zərbələr endirməkdə davam edir.

Azeri Defence saytının məlumatına görə, bu fikirlər hərbiyönümlü QHT-lərin bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Son günlər düşmənin cəbhəboyu ərazilərdə aktivləşməsi, bütün qüvvələrini təmas xəttinə cəmləyərək hücuma hazırlaşdığı hər kəsə məlum idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev son çıxışlarında düşmən qüvvələrin hücuma hazırlaşması barədə kəşfiyyat məlumatlarının olduğunu deyərək, Azərbaycan Ordusunun bu hücumları dəf etmək iqtidarında olduğunu, özümüzü əzmkarlıqla, qətiyyətli şəkildə müdafiə edəcəyimizi bəyan etmişdir.

Biz hərbiyönümlü QHT-lər olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı haqq işini dəstəkləyir, bütün gücümüzlə, canımız-qanımızla onun və şanlı ordumuzun yanında olduğumuzu bəyan edirik!

Hərbiyönümlü QHT-lər olaraq bütün cəmiyyətimizə, sosial şəbəkə istifadəçilərinə, cəbhəboyu ərazilərdə yaşayan insanlara səslənərək bildiririk ki, müharibənin, hərbi əməliyyatların özünəməxsusluğu, öz qanunları var. Hər bir vətəndaşımız bu qanunlara tabe olmağa borcludur. Hamını düşmənin dezinformasiyalarına uymayaraq yalnız dövlət qurumlarının yaydığı məlumatlara inanmağa və istinad etməyə çağırırıq.

Azərbaycan Respublikasının Prezidenti xalqa müraciətində: “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!” dedi.

Hərbiyönümlü QHT-lər olaraq vahid komandanlıqla idarə olunan Silahlı Qüvvələrimizin QƏLƏBƏ əzminə bütün varlığımızla inandığımızı, müsəlləh əsgər olaraq hər an döyüşlərə hazır olduğumuzu QƏLƏBƏYƏ gedən müqəddəs yolda birgə olduğumuzu bəyan edirik!

Biz Birlikdə Güclüyük!”

1.Cəlil Xəlilov – Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

2.Məmmədhüseyn Sarıyev – “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyi

3.Mehdi Mehdiyev – Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi

4.Füzuli Rzaquliyev – “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi

5.Emin Həsənli – “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi

6.Akif Nağı – “Qarabağ Azadlıq Təşkilatı” İctimai Birliyi

7.Sevinc Alızadə – “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyi

8.Rey Kərimoğlu – Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyi

9.Mətanət Cəfərova – “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi

10. Mirhəsən Həsənov – Azərbaycan Çernobil Əlillər İttifaqı

11. Məhəmməd Vəliyev – Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi

12.Növrəstə Yusifova – “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi

13. Şamil Ələkbərli – “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi

14. Ədalət Məhərrəmov – Fred Asif Fondu

15. Asəf Əliyev – “Qarabağ Qaziləri” İctimai Birliyi

16. Radə Abbas – “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi

17. Əzizağa Qənizadə – “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyi

18. Sərraf Orucov – “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu

19. Sultan Əzimzadə – “20 Yanvar” İctimai Birliyi

20. Elşən Uluxanlı – Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi

21. Firudin Məmmədov – Azərbaycan Vətən Müharibəsi Əlilləri Birliyi

22. Dadaş Quliyev – “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi

23. Hafiz Səfixanov – “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi

24. Şamil Süleymanov – “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyi

25. Hacıbala Əzimov – “Veteran Tankçılar” İctimai Birliyi

KATEQORIYA:
Bu xəbəri paylaş