Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub

Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub

Azərbaycanda 2 və 3 iyul tarixlərində keçirilən H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən “AzeriDefence”ə verilən məlumata görə, Hərbi Liseyə qəbul imtahanında iştirakı nəzərdə tutulan 498 nəfərdən 7 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək.

Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş