Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib

Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib

Birinci vitse-prezidenti Mehriban Əliyevanın Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsünə Müdafiə Nazirliyinin idarə, təşkilatları və xüsusi təyinatlı hərbi təhsil müəssisələri, həmçinin birlik, birləşmə və hərbi hissələr də qoşulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeiDefence”ə verilən məlumata görə, karantin rejiminin tələblərinə uyğun olaraq qanvermə zamanı aksiyada iştirak edənlər və həkimlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib.

Yığılan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra istifadə olunması məqsədilə Respublika Talassemiya Mərkəzinə (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) təhvil veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş