“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik qəbul edilib

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi qəbul edilib.

“Azeri Defence” saytının məlumatına görə, dəyişiklik zabitlərin xidmətə qəbulu ilə bağlıdır. Qəbul edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş