Hadrutda Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub

Hadrutda Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub

Hadrutda ermənilərin qəfil hücumu nəticəsində 4 hərbi qulluqçu şəhid olub, “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb

Noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb.

“Azeri Defence” xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.

Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu  həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.

Qeyd olunan nəzərə alaraq, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.

KATEQORIYA:
Bu xəbəri paylaş