“Harop” ilə vurulan “Elbrus” ballistik raketinin son halı – VİDEO

“Harop” ilə vurulan “Elbrus” ballistik raketinin son halı – VİDEO

Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən “Harop” kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə vurulmuş Ermənistanın Raket-Artilleriya Qoşunlarının 9K72 R-17 “Elbrus” (Scud-B”) qısa mənzilli ballistik raketin buraxıcı qurğusunun görüntüləri yayılıb.

“Azeri Defence”nin məlumatına görə, “Telegram” sosial şəbəkəsində yerləşdirilmiş video görüntülərdə “Scud-B” ballistik raketin start mövqeyində məhv edildiyi aydın görünür.

Partlayış nəticəsində buraxıcı maşının yaxınlığındakı digər nəqliyyat vasitəsi də məhv olub.

Qeyd edək ki, “Elbrus” ballistik raketləri silahlanmaya 1967-ci ildə qəbul edilib. Raketin atəş məsafəsi 50-300 kilometr, maksimal uzaqlığa uçma vaxtı 5 dəqiqə, start çəkisi 5862 kiloqram, doldurulmamış raketin çəkisi isə 2076 kiloqramdır. Uzunluğu 11 metr 164 santimetrdir. Korpusunun diametri 880 millimetrdir. Kompleksin ümumi çəkisi 37 ton, döyüş heyəti 8 nəfərdən ibarətdir. Raket fuqaslı 987 kiloqram həcmli partladıcı döyüş hissəsi ilə təchiz olunub.

Həmin videonu təqdim edirik.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş