Hava qüvvələri marşalı: “Pakistan özündə olan ən müasir texnologiiyaları Azərbaycanla paylaşmağa hazırdır”

Pakistan Azərbaycan Silahlı  Qüvvələrinin təchizatının ən yüksək səviyyədə qurulmasında iştiraka və özündə olan ən müasir texnologiyaları Azərbaycanla paylaşmağa hazırdır.

Bunu “Azeri Defence”  jurnalına müsahibəsində Bakıda keçirilən ADEX-2016 beynəlxalq müdafiə sərgisində iştirak edən Pakistan Aeronauutical Complex (PAC Kamra) sədri, Hava Qüvvələri marşalı Ərşad Malik bildirib.

Ə. Malik qeyd edib ki, Pakistan hər bir zaman Azərbaycanı dəstəkləyib və rəsmi İslamabadın mövqeyi 24 ildir dəyişməz qalıb. Rəhbəərlik etdiyi təşkilatın Azərbaycan Hərbi Hava Qüvvələriilə təmasda olduğunu qeyd edən marşal Pakistanda istehsal edilən JF-17 “Thunder” döyüş təyyarələrinin Azərbaycana çatdırılmasında heç bir problemin qalmadığını qeyd edib.

Ə. Malik bildirib ki, PAC Kamra Azərbaycan Hərbi Hava Qüvvələrini qısa müddətdə döyüş və təlim təyyarələri ilə təchiz edə bilər.

“Bizim istehsal etdiyimiz JF-17 təyyarələrində həm NATO, həm rus, həəm də digər ölkələrin istehsal etdikləri sursatlar istifadə eləmək mümkündür. Hazırda bir neçə  ölkəyə ixracı istiqamətində  işlər aparılır. Biz həm istehsalçı dövlət təşkilatı, həm də Pakistan ordusunun zabiti olaraq Azərbaycanın yanındayıq”,  – deyə Ə. Malik qeyd edib.

 

air

 

KATEQORIYA:
Bu xəbəri paylaş