HAVELSAN Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə memorandum imzalayıb

Türkiyənin HAVELSAN və TÜBİTAK BİLGEM şirkətləri ilə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə “AzeriDefence” HAVELSAN şirkətinə istinadən məlumat verib.

Anlaşmaya əsasən HAVELSAN və TÜBİTAK BİLGEM dövlət şirkətləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin PKİ (Açıq Açar İnfrastrukturunun ) infrastruktrunun inkişaf etdirilməsində iştirak edəcəklər.

Bu sahədə əməkdaşlıq 3 il davam edəcək.

HAVELSAN-ın məlumatında o da qeyd olunub ki, anlaşma çərçivəsində tərəflər öz fəaliyyət sahələrini əsas götürərək imkan və qabiliyyətlərini birləşdirmək yolu ilə birgə layihələrin həyata keçirilməsinə razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, memorandum BakuTel-2016 sərgisi çərçivəsində imzalanıb.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş