HAVELSAN Azərbaycanda bir aerodromun komanda-idarəetmə sistemlərini quracaq

Türkiyənin HAVELSAN şirkəti Azərbaycanda yeni layihələrdə iştirak edəcək. Bu barədə “AzeriDefence”yə HAVELSAN şirkətindən məlumat verilib.HAVELSAN Azərbaycanda inşa olunan hərbi aerodromlardan birini hava komanda və idarəetmə sistemləri ilə təchiz edəcək.

Şirkət rəsmiləri eyni zamanda Azərbaycanla dəniz sistemləri sahəsində də əməkdaşlığa hazır olduğunu açıqlayıblar.

Hazırda Azərbaycan Silahlı Qüvvələrində HAVELSAN-ın Artilleriya Atış Simulyatorundan (AFOS) istifadə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş