HAVELSAN və Rockwell Collins bölgə bazarı üçün güclərini birləşdirir

HAVELSAN və Rockwell Collins anlaşma memorandumu imzalayıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə HAVELSAN şirkətinin yaydığı xəbərdə bildirilib.

İmzalanan anlaşma ilə HAVELSAN və Rockwell Collins simulyasiya və təhsil sistemləri sahəsində uzun müddətli əməkdaşlığa gedir. Bu çərçivədə prioritet olaraq Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri və Misir Hava Qüvvələri üçün uçuş simulyatorları və texnologiyalarının təmin edilməsi, müəyyən regionlar üçün Topçu Müşahidə Simulyatorları həlləri mövzusunda əməkdaşlıq modelləri araşdırılacaq. Xüsusi olaraq Türkiyə Silahlı Qüvvələri üçün Təməl Simulyator Modulu (BSU), Uçuş və Baxım Simulyatorları mövzularında həllərin hazırlanması üçün ortaq işlər icra ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş