HDQ-nin Dalğıc Təlim Poliqonunun açılışı olub – VİDEO

HDQ-nin Dalğıc Təlim Poliqonunun açılışı olub – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HDQ-nin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektlərinin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Müdafiə naziri hərbi hissənin ərazisindəki bina, qurğu və avadanlıqlara baxış keçirib.

Sonra Müdafiə naziri yenidən bərpa olunmuş müasir standartlara cavab verən  Dalğıc Təlim Poliqonunda olub. Məruzə olunub ki, poliqon xüsusi təyinatlıların dalğıc hazırlığı üzrə normativləri və sualtı döyüşün aparılması vərdişlərini məşq etdirmələri üçün nəzərdə tutulub. İnfrastruktura baxış keçirən Müdafiə naziri ərazidə yenidən qurulan hovuz, gəmi və qayıq avadanlıqları kompleksi, barokamera otağı, dalğıc cihazlarına texniki qulluq emalatxanası, suyadalma üçün universal qüllə və müxtəlif məqsədli sinif otaqlarında yaradılmış şəraitlə də tanış olub.

Ərazidə yeni inşa edilən müxtəlif məqsədli çoxsaylı maneələrdən ibarət maneə zolağı hərbi qulluqçuların döyüş və fiziki hazırlığı, eləcə də peşə bacarıqlarının  artırılması üçün nəzərdə tutulub.

Xüsusi təyinatlıların nümunəvi çıxışlarını izləyən Müdafiə naziri tapşırıqların daha keyfiyyətli icra edilməsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş