HDQ-nin hərbi qulluqçuları ehtiyata buraxılıb

HDQ-nin hərbi qulluqçuları ehtiyata buraxılıb

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurmuş matrosların ehtiyata buraxılması mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə xidmət müddətində fərqlənən və nailiyyətlər əldə edən hərbi qulluqçulara mükafatlar təqdim edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş