Hərbçilərimiz “Alp qanqalı” təlimlərində iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 25-dən avqustun 19-dək Gürcüstanın Saçxere şəhərində “Orta yay dağ hazırlığı” kursu və iyulun 26-dan iyulun 28-dək  Almaniyanın Mittenvald şəhərində “Alp qanqalı” təlimi keçiriləcəkdir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş