Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılıblar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 7-dən 18-dək Almaniyanın Qeilenkirxen şəhərində milli koordinatorlar üçün atıcı silah, sursatlar sahəsində fiziki təhlükəsizlik və ehtiyatların idarə edilməsi və Türkiyənin paytaxtı Ankarada şəxsi heyətin idarə olunması üzrə təcrübə mübadiləsi kursları keçirilir.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş