Hərbçilərimiz Finlandiyaya gedəcək
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 11-dən 18-dək Finlandiyanın paytaxtı Helsinkidə əməliyyat imkanları konsepsiyası üzrə məlumat bazası kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
KATEQORIYA: Müdafiə