Hərbçilərimiz NATO-nun tədbirində iştirak edir
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İyulun 24-dən 30-dək İordaniyanın paytaxtı Əmmanda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində “məsləhətçi görüş”, iyulun 25-dən 29-dək isə Almaniyanın Oberammerqau şəhərində birgə təlim keçmə imkanları üzrə konfrans keçiriləcəkdir.
Tədbirlərdə azərbaycanlı hərbçilər də iştirak edirlər.
KATEQORIYA: Müdafiə