Hərbçilərimiz “Turaz Şahini – 2016” təliminin planlaşdırma iclasına qatılıblar

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, hərbçilərimiz yanvarın 18-dən 20-dək Türkiyənin Konya şəhərində “Turaz Şahini – 2016” təliminin əsas planlaşdırma iclasına qatılıblar.

Həmçinin, yanvarın 18-dən 22-dək Belçikanın paytaxtı Brüsseldə ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə treninq kursu və yanvarın 18-dən aprelin 8-dək Böyük Britaniyanın Şrivenhəm şəhərində hərbi ingilis dili təməl kursu keçirilir.

Bu tədbirlərdə də Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş