Hərbi Akademiyada Pakistan nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında imzalanmış protokola əsasən Pakistan Milli Müdafiə Universitetinin nümayəndəsi general-mayor Fayyaz Hüseyn Şahınin rəhbərlik etdiyi heyət Bakıda səfərdədir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi, birgə fəaliyyət sahələrinin müəyyən edilməsi, ikitərəfli əməkdaşlıq və digər məsələlər müzakirə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş