Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib

Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasında xarici dil kurslarının buraxılışı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədris planına əsasən aprelin 22-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində komandanlığın iştirakı ilə intensiv xarici dil kurslarının buraxılış mərasimi keçirilib.

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev zabit, gizir və çavuş heyətinin iştirakı ilə keçirilən intensiv ingilis dili kurslarının əhəmiyyətindən və mahiyyətindən danışıb.

O, təməl, orta və təkmilləşdirmə qruplarından ibarət təşkil edilən kursları bitirən dinləyicilərə gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edib.

KATEQORIYA:
Bu xəbəri paylaş