Hərbi Akademiyanın Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib – FOTO

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun 51-ci buraxılışı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından buraxılış münasibətilə zabitləri təbrik edib.

Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

sqha1

sqha2

sqha3

KATEQORIYA:
Bu xəbəri paylaş