Hərbi attaşelərin Bakı Assosiasiyası üzvlərinin növbəti toplantısı olub

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda  akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakıdakı Assosiasiyasının növbəti toplantısı keçirilib.

Bu barədə “AzeriDefence”yə MN-nin mətbuat xidmətindən məlumat verilib. Toplantıda assosiasiyanın daxili məsələləri müzakirə olunub və bir sıra qərarlar qəbul edilib.

Bundan əlavə, assosiasiyanın üzvlərinə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyət barədə danışılıb, Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin aramsız pozulmasını əks etdirən materiallar, eləcə də məsələyə dair Azərbaycan hökumətinin rəsmi mövqeyi və Müdafiə Nazirliyinin məlumatı təqdim olunub.

Daha sonra, Müdafiə nazirinin təsdiq etdiyi Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin 2016-cı il üçün Tədbirlər Planına əsasən, növbəti fəaliyyətlərin həyata keçirilməsinin gedişi müzakirə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş