Hərbi Dəniz Qüvvələrində “açıq qapı” günü keçirilib – FOTOLAR

Azərbaycan Hərbi Dəniz Qüvvələrində “açıq qapı” günü keçirilib.

“AzeriDefence”nin məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən təşkil olunmuş “açıq qapı” günü münasibəti ilə Silahlı Qüvvələrin bütün qoşun növlərində olduğu kimi Hərbi Dəniz Qüvvələri (HDQ) də qapılarını ictimaiyyətə açıb.

Bu gün səhər saatlarında HDQ-nin yeni hərbi bazasına gələn valideynləri öncə HDQ-nin rəhbərliyi qarşılayıb. Tədbirdə valideynlərlə yanaşı ictimai təşkilatların nümayəndələri və müharibə veteranları da iştirak ediblər.

Əvvəlcə valideynlər və HDQ rəhbərliyi hərbi bazanın meydanında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra valideynləri və ictimaiyyət nümayəndələrini salamlayan HDQ-nin qərargah rəisi, HDQ komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Şahin Məmmədov qeyd edib ki, bu gün Müdafiə Nazirliyinin bütün qoşun birləşmələrində, hərbi hissələrdə “açıq qapı” günü keçirilir. “Açıq qapı” gününün Silahlı Qüvvələrlə ictimaiyyət arasında körpü olacağını deyən Ş. Məmmədov qeyd edib ki, yeni baza bu ilin iyun ayının 25-də prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlət başçısının göstərişinə əsasən burada şəxsi heyətin yaşaması və xidmət etməsi üçün hər cür şərait yaradılıb və bu tədbirlər növbəti mərhələdə də davam etdiriləcək. Ş.Məmmədov qeyd edib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında bütün hərbi hissələrdə, hətta ön cəbhədə yerləşən hərbi hissələrdə şəxsi heyətin xidməti üçün lazımi şərait yaradılıb.

Ş.Məmmədov qeyd edib ki, valideynlər bazada yaradılan şəraitlə tanış olacaqlar.

Tədbirdə Qarabağ müharibəsi veteranları İlham Əliyev, Sərraf Orucov və digər ictimaiyyət nümayəndələri, valideynlər çıxış ediblər.

Daha sonra valideynlər HDQ-nin şəxsi heyətinin təminatı, istifadəsində yer alan silah və sursatlarla tanış olub, HDQ dəniz piyadaların nümunəvi çıxışlarını izləyiblər. Bundan sonra valideynlər kazarmalara və gəmilərə baş çəkərək əsgərlərin yaşayış yeri, onlar üçün yaradılan şəraitlə yerində tanış olublar.

“AzeriDefence”yə danışan valideynlər övladlarının xidməti üçün yaradılan şəraitlərdən razı qaldıqlarını, buna görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Kazarmalarla tanışlıqdan sonra valideynlər və ictimaiyyət nümayəndələri HDQ-nin gəmilərinə baxış keçiriblər. Burada I dərəcəli kapitan Ş. Məmmədov və HDQ-nin zabitləri tərəfindən gəmilər və onların təyinatı barədə məlumatlar verilib, suallar cavablandırılıb.

Ş. Məmmədov qeyd edib ki, bu gün HDQ Xəzər dənizində Azərbaycanın milli maraqlarının qorunmasında iştirak edir. Eyni zamanda dənizdəki neft və qaz platformalarının, boru kəmərlərinin, adaların mühafizəsini təmin edir. Milli kadrlarla komplektləşdirilmiş Azərbaycan HDQ-nin yaxın gələcəkdə yeni gəmilərlə komplektləşdirilməsi planlaşdırılır. Artıq Ali Baş Komandan tərəfindən bununla bağlı müvafiq tapşırıqlar verilib.

Sonda valideynlər övladları və HDQ-nin şəxsi heyəti ilə bir yerdə gəmilərdə nahar ediblər.

“AzeriDefence”yə danışan əsgər analarından biri qeyd edib ki, o, burada yaradılan şəraitdən məmnundur: “Mən gəmidə və hərbi hiədə belə bir şəraitin olduğumu ağlıma gətirmirdim. Yeməkləri də maşallah, ev yeməyindən heç nə ilə fərqlənmir. Düşünürəm ki, bütün hərbi hissələrimizdə belə yüksək şərait var və yaradılır. Övladlarımız da dövlətin. Vətənin onlara inamını doğrultmalı, onlara həvalə olunan vəzifələrin öhdəsindən canla başla yerinə yetirməlidirlər”.

hdq-aciq qapi (25)

 

hdq-aciq qapi (28)

hdq-aciq qapi (26)

hdq-aciq qapi (32)

hdq-aciq qapi (27)

hdq-aciq qapi (30)

hdq-aciq qapi (37)

hdq-aciq qapi (34)

hdq-aciq qapi (36)

hdq-aciq qapi (11)

hdq-aciq qapi (5)

hdq-aciq qapi (38)

hdq-aciq qapi (39)

hdq-aciq qapi (41)

hdq-aciq qapi (42)

hdq-aciq qapi (45)

hdq-aciq qapi (11)

hdq-aciq qapi (4)

hdq-aciq qapi (3)

hdq-aciq qapi (2)

hdq-aciq qapi (1)

hdq-aciq qapi (9)

hdq-aciq qapi (33)

hdq-aciq qapi (13)

hdq-aciq qapi (15)

hdq-aciq qapi (14)

hdq-aciq qapi (17)

hdq-aciq qapi (18)

hdq-aciq qapi (19)

hdq-aciq qapi (12)

hdq-aciq qapi (20)

hdq-aciq qapi (24)

hdq-aciq qapi (21)

hdq-aciq qapi (22)

hdq-aciq qapi (23)

 

KATEQORIYA:
Bu xəbəri paylaş