Hərbi Dəniz Qüvvələrinin gəmiləri təlimə cəlb olunub

Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərə Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmi və katerləri cəlb olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, təlimlərdə iştirak edən gəmilərin və şəxsi heyətin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycana mənsub hissəsində əməliyyat şəraiti və HDQ-nin idarə olunması yoxlanılıb.
Təlimlərin ilkin mərhələsində HDQ-nin tam döyüşə hazır vəziyyətə gətirilməsi, gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, komplektləşdirmə və döyüş uzlaşması tədbirləri müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimlərin gəmi və katerlərinin cəlb olunması ilə keçirilən mərhələsinin məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, terror diversiya qrupu tərəfindən ələ keçirilən gəminin, helikopterdən endirilən xüsusi təyinatlılar tərəfindən azad edilməsi və tapşırıqların yerinə yetirilməsi zamanı digər qoşun növləri ilə uzlaşdırılan birgə fəaliyyətlərin icrasından ibarətdir.

KATEQORIYA:
Bu xəbəri paylaş