Hərbi ekspert: ““Açıq qapı” tədbirləri orduya ictimai nəzarət və ordu cəmiyyət münasibətləri baxımından önəmlidir”

Azərbaycan Silahlı Qüvvələrində “Açıq qapı” gününün keçirilməsi və bunun bir ənənə şəklində, mütəmadi davam etdirilməsi vacibdir.

“AzeriDefence”nin eksperti, ehtiyatda olan polkovnik-leytenant Abuzər Əbilovun sözlərinə görə, belə bir tədbirin təşkilini, ordunun qapılarını ictimaiyyətə açmasını istimaiyyət illərdir gözləyib.

“Fikrimcə bu çox dəyərli və lazımlı bir hadisədir. Azərbaycan Ordusunun cəmiyyətlə sıx əlaqəsi üçün atılan böyük addımdır. Ən əsası, hərbi hissələrdə, qoşun növlərində belə tədbirlər orduya ictimai nəzarət baxımından önəm kəsb edir. Valideynlər də öz övladlarının hansı şəraitdə xidmət etdiklərini görür, şəraitlə yerində tanış olurlar”, – deyə A. Əbilov vurğulayıb.

A.Əbilovun sözlərinə görə,  Zakir Həsənov hələ Daxili Qoşunların komandanı olduğu vaxt ilk olaraq bu praktikanı tətbiq edib. Eyni zamanda, Dövlət Sərhəd Xidmətində “açıq qapı” tədbirləri uzun müddətdir keçirilir və bu da öz pozitiv nəticəsinin verib: “Hal hazırda bu tendensiyanı Silahlı Qüvvələrdə davam etdirmək ən doğru seçimdir. Çünki  ictimaiyyət cox zaman orduda, qoşunlarda gedən pozitiv dəyişiklikləri yaxından izləyə bilmir, şaiyə və yanlış məlumatların əsirinə çevrilirlər. Şəxsən mən belə tədbirləri alqışlayıram və bunun davamlı olmasına inanıram”.

KATEQORIYA:
Bu xəbəri paylaş