Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

Meksika Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə qəzaya uğrayıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Hadisə Meksikanın cənub regionundakı Çiapas ştatında baş verib.

Məlumatda bildirilir ki, təyyarə məlum olmayan səbədən yerə çırpılıb və yanmağa başlayıb. İnsident nəticəsində iki hərbçi həlak olub. Hadisə ilə bağlı aidiyatı orqanlar araşdırma aparır.

KATEQORIYA:
Bu xəbəri paylaş