Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni yaşayış kompleksi istifadəyə verilib – FOTOLAR

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissəsində yeni yaşayış kompleksi istifadəyə verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov HHQ-nın tabeliyində olan radiotexniki hərbi hissə ərazisində yeni istifadəyə verilən yaşayış kompleksinin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin rəhbərliyi ərazidəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib.

Komanda Məntəqəsində döyüş növbətçiliyinin daha yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verən nazir radiolokasiya sistemlərinə də baxış keçirib.

Hərbi qulluqçuların döyüş fəaliyyəti, sosial-məişət və xidməti şəraiti ilə maraqlanan Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.

hhq1

hhq4

hhq5

hhq6

hhq7

hhq8

hhq9

hhq10

KATEQORIYA:
Bu xəbəri paylaş