Hərbi hissədə partlayış baş verib – YENİLƏNİB

Müdafiə Nazirliyinin hərbi hissəsinin silah anbarında partlayış olub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumatda qeyd olunub ki, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

“AzeriDefence”nin məlumatına görə, hadisə ilə əlaqədar yaxınlıqdan keçən Bakı-Quba yolunda hərəkət dayandırılıb, yaxınlıqdakı kəndlərdən əhali evakuasiya olunur.

APA informasiya agentliyinə danışan Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov bildirib ki, hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş