Hərbi Tibb fakültəsində elmi-praktik konfrans keçirilib

Hərbi Tibb fakültəsində Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Müdafiə Nazirliyinin zabitləri, Azərbaycan Tibb Universitetinin müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov çıxış nitqi ilə konfransı açıq elan edib. Azərbaycan Ordusunun inkişaf yolundan danışan N.Osmanov bildirib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun hər bir sahəsidə sürətli inkişaf gedir: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun müasir standartlara tam uyğunlaşdırılması məqsədilə aparılan səmərəli işlər nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Müdafiə Nazirliyi rəhbərliyinin iştirakı ilə Azərbaycan Ordusunun bütün birlik və birləşmələrində müxtəlif səviyyəli irimiqyaslı əməliyyat-taktiki təlimlər keçirilir ki, belə təlimlər Ordumuzun güc və qüdrətini nümayiş etdirir”.

Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr olunmuş filmin nümayişindən sonra elmi-praktik konfransın gündəliyinə daxil olan mövzular üzrə mühazirələr təqdim olunub və müzakirələr aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş