Hərbi vəziyyət tətbiq edilən ərazidə mətbuat üçün xüsusi fəaliyyət rejimi tətbiq ediləcək

Azərbaycanda hərbi vəziyyət zamanı bu prosedurun tətbiq edildiyi ərazidə kütləvi informasiya vasitələri üçün xüsusi fəaliyyət rejimi tətbiq ediləcək.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumatına görə, bu, yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsinin 10.1.23-cü maddəsində əksini tapıb.

Maddəyə əsasən hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi nəzərdə tutulur.

Kütləvi informasiya vasitələrinin məlumatlarının və materiallarının hərbi senzuradan keçirilməsi, bu məqsədlə hərbi senzura orqanlarının yaradılması, sosial media, elektron yazışma, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsi nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş