Hərbi xərclərə dair hesabat açıqlanıb

Stokholm Beynəlxalq Problemlərin Araşdırılması İnistutu (SİPRİ) 2016-cı il üzrə hərbi xərclərə dair hesabatını açıqlayıb.

“AzəriDefence”in SİPRİ-nin rəsmi saytına istinadən verdiyi məlumatına görə, hesabatda qeyd olunub ki, dünyada ümumilikdə 2016-cı ildə hərbi xərclər 2015-ci illə müqayisədə 0,4 faiz artaraq 1 trilyon 686 milyard dollar təşkil edib.

Müdafiə sektoruna ən çox vəsait ayıran ABŞ siyahıda 611 milyard dollarla birinci yeri tutub. ABŞ-ın illik hərbi büdcə xərci son 5 illə müqayisədə ilk dəfə 1.7 faiz artıb.

Araşdırmaya əsasən hərbi sahəyə 215 milyard ABŞ dolları ayıran Çin 5.4 faiz artımla ikinci yerdə, Rusiya 69.2 milyard dollarla, 5.9 faiz artımla üçüncü yerdə qərarlaşıb. 2015-ci ildə siyahda üçüncü yerdə olan Səudiyyə Ərəbistanın hərbi xərcləri 30 faiz azalaraq 63.7 milyard dollarla dördüncü yerdədir.

55.9 milyard dollarla beşinci yerdə qərarlaşan Hindistanın hərbi xərcləri isə 8.5 faiz artıb. Avropa ölkələrində hərbi sahəyə ayrılan xərclər ardıcıl iki ildə artıb. Ən çox hərbi xərclərini artıran ölkə isə İtaliya hesab olunur (11 faiz).

Neftin qiymətinin aşağı düşməsi ilə bağlı iqtisadi problemlər yaşayan bir çox neft ixrac edən ölkələr hərbi büdcə xərcini azaldılmasına məcbur olub. Neftdən olan gəlirlərinin aşağı düşməsi ilə bağlı 2016-ci ildə ilk beşlikdə Venesuela 56 faiz, Cənubi Sudan 54 faiz, Azərbaycan 36 faiz, İraq 36 faiz, Səudiyyə Ərəbistanı 30 faiz hərbi xərcləri azaldıb. Anqola, Ekvador, Qazaxıstan, Meksika, Oman və Peru kimi ölkələrdə də hərbi büdcə xərciləri aşağı düşüb.

2016-ci ildə hərbi xərcləri ən böyük azalmalarla 15 ölkədən yalnız 2-si neft ixracatçıları deyil. Neft ixrac edən Əlcəzair, İran, Küveyt və Norveç kimi ölkələr isə 2016-cı ildə mövcud hərbi sahəyə ayrılan xərcləri saxlaya bilib. 

KATEQORIYA:
Bu xəbəri paylaş