Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılış mərasimi keçirilib

Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılış mərasimi keçirilib

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibəti ilə tədbir keçirilib.

“AzeriDefence” “Nuhçixan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.

V.Talıbov Hərbi Liseyin 20-ci buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllimlərini, tədbir iştirakçılarını təbrik edib. Bildirilib ki, 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı, ölkə Prezidentinin Sərəncamı ilə 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.

Hərbi Liseyin Azərbaycanda ixtisaslı hərbiçi kadrların hazırlanması işinə mühüm töhfə verdiyini deyən V. Talıbov 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 314 kursantın təhsil aldığını vurğulayıb: “Ötən dövrdə Hərbi Liseyi 3300-dən artıq kursant bitirərək ali hərbi məktəblərə qəbul olmuşdur. Azərbaycanın Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir”.

Sonra Ali Məclisin Sədri əlaçı kursantlara attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş