HGK-83 həssas yönləndirmə dəsti seriyalı istehsala hazırdır

HGK-83 həssas yönləndirmə dəsti seriyalı istehsala hazırdır

Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən yaradılmış HGK-83 həssas yönləndirmə dəstinin kalifikasiya sınaqları tamamlanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir sosial media hesabında bildirib.

İsmail Dəmir qeyd edib ki, HGK-83 həssas yönləndirmə dəstinin atış sınaqları uğurla həyata keçirilib. F-16 PO-III və F-4E/2020 döyüş təyyarələrində istifadə edilə bilən HGK-83 seriyalı istehsala hazırdır.

HGK-83 həssas yönləndirmə dəsti idarə olunmayan Mk-83 aviasiya bombası ilə komplektləşdirilib. Nəticədə “hava-yer” tipli Mk-83 bombası idarə oluna bilir. Habelə çəkisi 500 kq olan Mk-83 aviasiya bombasının hədəfi dəqiqliklə vurmaq qabiliyyəti artırılıb. HGK-83 həssas yönləndirmə dəstinin uçuş uzaqlığı təxminən 28 kilometrdir və hədəfi 10 metr sapma ilə vura bilir.

Malliyə cəhətdən səmərəli bir həll olaraq hazırlanmış dəst, əməliyyatlarda daha az bombanın istifadə edilməsinə imkan yaradır. O cümlədən heyət ehtiyacını da azaldır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş