HHQ-nin helikopter bölmələri yer hədəflərini döyüş atışları ilə məhv edib – VİDEO

HHQ-nin helikopter bölmələri yer hədəflərini döyüş atışları ilə məhv edib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri uçuş məşqləri keçirir.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv edir.

Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş