Hikmət Hacıyev: Əməliyyatların detalları barədə ictimaiyyətə əlavə məlumat veriləcək

Hikmət Hacıyev: Əməliyyatların detalları barədə ictimaiyyətə əlavə məlumat veriləcək

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatları barədə xalqa müraciətində Ermənistanın niyyətləri barədə ölkə ictimaiyyətini məlumatlandırıb.

Azeri Defence saytının məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib.

Hikmət Hacıyev bildirib ki, bu gün səhər 06:00 radələrində Ermənistan silahlı bölmələri cəbhəboyu zonada mövqelərimizi və mülki insanları artilleriya qurğularından atəşə tutub. Hazırda, Azərbaycan Ordusu əks hücum əməliyyatları həyata keçirilir.

“Bu əməliyyatların detalları barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə H.Hacıyev əlavə edib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan əhalisi arasında yüksək əhval-ruhiyyə var.

KATEQORIYA:
Bu xəbəri paylaş