Hikmət Hacıyev: Humanitar yardım adı altında Ermənistan yeni “Smerç” raketləri alıb

Hikmət Hacıyev: Humanitar yardım adı altında Ermənistan yeni “Smerç” raketləri alıb

Humanitar yardım adı altında Ermənistan yeni “Smerç” raketləri alıb.

Azeri Defence saytının məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün sosial media hesabında deyib.

“Mülki aviaşirkətlər vasitəsi ilə çatdırılan humanitar yardım adı altında Ermənistan yeni “Smerç” raketləri alıb və dərhal Mingəçevirdə mülki əhaliyə, kritik əhəmiyyətə malik enerji infrastrukturuna hücum edib. Sivil dünya ilə Ermənistan arasındakı boşluğu görün”, – deyə Prezidentin köməkçisi bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş