Hikmət Hacıyev: Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb

Hikmət Hacıyev: Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb

Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda yerləşən Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub.

“Azeri Defence” saytının məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev rəsmi “Twitter” hesabında deyib.

“Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”, – deyə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş