Hindistan “Apache”lərin son partiyasını təhvil alıb

Hindistan “Apache”lərin son partiyasını təhvil alıb

Hindistan “Boeing” şirkətinə sifariş etdiyi AH-64 “Apache” helikopterlərinin son partiyasını təhvil alıb.

“AzeriDefence”nin “Boeing” şirkətinə istinadən verdiyi xəbərə görə, tərəflər arasında imzalanmş müqaviləyə əsasən “Boeing” son 5 ədəd AH-64E “Apache” helikopterini Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) çatdırıb.

Hindistan Hərbi Hava Qüvvələri Komandanlığı ilə “Boeing” şirkəti arasında 2015-ci ilin sentyabr ayında 22 ədəd AH-64E “Apache” döyüş helikopteri və 15 ədəd CH-47F “Chinook” ağır nəqliyyat helikopterinin tədarükünə dair müqavilə bağlanıb. Müqavilənin dəyəri 2 milyard ABŞ dolları təşkil edib.

Müqavilə çərçivəsində 2019-cu ildə 17 ədəd AH-64E “Apache” döyüş helikopteri Hindistan HHQ-ə çatdırılıb. Qalan 5 ədəd helikopterin 2020-ci ilin mart ayının sonuna qədər Hindistana çatdırılması planlaşdırılıb. Lakin COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər səbəbindən helikopterlərin tədarükü təxirə salınıb.

Qeyd edək ki, “Boeing” sifariş əsasında ilk 4 ədəd CH-47F “Chinook” helikopterini də Hindistan Ordusuna tədarük edib.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş