Hindistan “Arjun” tankının ən yeni modifikasiyasını hazırlayıb

Hindistan Müdafiə Araşdırma və İdarəetmə Təşkilatı (DRDO) “Arjun” tankının yeni versiyası üzərində tamamlama işlərini başa çatdırıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda “Army Recognition” məlumat yayıb.

Bundan əvvəlki “Arjun” Mk II tankı 2011-ci ildə DRDO təşkilatı tərəfindən təqdim olunub. Bu tank 37 il əvvəl Hindistanda hazırlanmış “Arjun” Mk I tankının müasirləşdirilmiş versiyasıdır. “Arjun” Mk II modernizə edilərək üzərində bir sıra yenilik edilməsinə baxmayaraq, Hindistan Müdafiə Nazirliyi bu tankın geniş miqyaslı sifarişindən imtina edib.

Hərbi müəssisənin mütəxəssisləri müəyyən ediblər ki, Mk II tankın 93 qüsuru var. Onlardan ən əhəmiyyətlisi tankın çəkisinin ağır olmasıdır. Belə ki, tankın çəkisi təxminən 68 tondur. Dünyanın ən ağır tanklarında hesab olunan “Arjun” Mk II tankının çəkisinin ağır olması onun manevr imkanlarını məhdudlaşdırır. Çay və bataqlıq ərazisindən keçmək tank üçün başlıca maneələrdən biridir. Hindistan ərazisində belə iri həcmli texnikaların hərəkətinə körpülər və yollar tab gətirə bilmir. “Arjun” Mk II tankının digər bir porblemi isə onun qiyməti ilə əlaqədardır. Mk II tankı Hindistan Müdafiə Nazirliyinin əsas döyüş tankı kimi seçdiyi Rusiya istehsalı olan T-90 tankının qiymətindən 50 faiz bahadı.

Hindistanın Müdafiə Nazirliyi tərəfindən göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra “Arjun” Mk II tankı yenilənmiş versiyasını təqdim edib. “Arjun” tankının yeni modifikasiyasının taktik-texniki xarakteristikaları haqqında məlumat verilməsə də, bildirilib ki, tank LAHAT lazer başlıqlı tank əleyhinə raketlə silahlandırılıb. Əgər yeni modifikasiya ordunun xoşuna gələcəksə, DRDO yeni tanklardan 93 ədəd sifariş alacaq.

Məlumatda bildirilir ki, əvvəlcə planlaşdırılıb ki, Müdafiə Nazirliyi 2000-dək yeni tank alacaq. Lakin sifariş 124 ədəd olunub. Digər məlumata görə, dövlət sifarişi 118 ədəd təşkil edib. Hazırda Hindistan Silahlı Qüvvələrinin təxminən 3700 tankı var. Onların əksəriyyəti Sovet və Rusiya istehsalı olan Т-72 və Т-90 tanklarıdır. Yaxın on ildə Т-72 tanklarının istifadə müddəti bitəcək. Əgər yerli tanklar Hindistan Ordusunu qane etməyəcəksə, onlar yenidən zirehli texnika tədarükçüsü axtarmalı olacaqlar.

Qeyd edək ki, 2015-ci ildə Hindistan hökumətinin yerli məhsul olan “Arjun” Mk2 tankının kütləvi istehsalına başlanması ilə bağlı qərar verdiyi bildirilirdi (Burda bax).

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş