Hindistan aviasiya parkını “Rafale” döyüş təyyarələri ilə gücləndirir

Hindistan aviasiya parkını “Rafale” döyüş təyyarələri ilə gücləndirir

Fransanın “Dassault Aviation” şirkəti tərəfindən Hindistan Silahlı Qüvvələri üçün istehsal edilən “Rafale” döyüş təyyarələrinin ilk partiyası sifarişçiyə çatdırılıb.

Azeri Defence saytının “Dassault Aviation” şirkətinə istinadən verdiyi məlumat görə, ilk 5 ədəd “Rafale” döyüş təyyarəsi Fransa və Hindistan Müdafiə nazirlərinin iştirakı ilə keçirilən mərasimində Hindistan Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Hindistan ilə Fransa arasında imzalanmış 9.4 milyard ABŞ dolları dəyərində müqavilə çərçivəsində Hindistan Ordusuna ümumilikdə 36 ədəd “Rafale” döyüş təyyarəsinin tədarükü planlaşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş